ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris milli təhlükəsizlik komandaları ilə Yaxın Şərqdəki son vəziyyəti dəyərləndirərkən, gərginliyin artmasında “İranın İsrailə qarşı təhdidləri” və İraqdakı Əl Əsəd hərbi bazasına hücum diqqət çəkən xəbərlər olub.
Turkustan.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Bayden və Harris Ağ Evdəki Situasiya Otağında milli təhlükəsizlik komandası ilə görüşüb.
Son günlər Yaxın Şərqdə artan gərginliyin hərtərəfli müzakirə olunduğu görüşdə əsasən İsrail-İran arasındakı gərginlik və bununla bağlı yaranan fəsadlar dəyərləndirilib.
Milli təhlükəsizlik qrupu dünən İraqda ABŞ-ın Əl Əsəd hava bazasına hücumla bağlı Bayden və Harrisə məlumat verərkən, görüşdə “İsrailə qarşı İrandan gələn təhdidlər” hərtərəfli müzakirə edilib.
Görüş zamanı İsrailin və regionda xidmət edən amerikalı əsgərlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin müzakirə edildiyi də qeyd edilib.
Ağ Evdə keçirilən milli təhlükəsizlik toplantısında bölgədəki gərginliyi azaltmaq üçün diplomatik səylər və Qəzzada mümkün atəşkəs prosesi də qiymətləndirilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az