İsrailin hava zərbəsi ilə Livanın cənubunda "Hizbullah"ın səhra komandiri öldürülüb.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Əl-Buzori bölgəsində "Hizbullah"ın səhra komandiri Əli Nazia Əbd Əlini məhv edib", - məlumatda bildirilir.
Qeyd olunub ki, öldürülən Əli Nazia “terror fəaliyyətlərində iştirak edib”, onun məhv edilməsi "Livanın cənubundakı "Hizbullah" terror təşkilatının imkanlarına əhəmiyyətli zərbədir”. /bakupost.az/