Alçaq bir sui-qəsd nəticəsində şəhid olan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə bütün ərəb, islam və dünya ölkələrini 3 avqust şənbə günü Qəzza xalqına və İsrail həbsxanalarında olan fələstinli məhbuslara dəstək üçün küçələrə çıxmağa çağırıb.
HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iyrənc sui-qəsd nəticəsində şəhid olub.
Haniyənin son günlər Fələstin xalqına dəstək çağırışı yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, İsmayıl Haniyə İsrailin təxminən 10 aydır Qəzza xalqına qarşı soyqırım törətdiyini, İsrail həbsxanalarında ölən məhbusların sayında görünməmiş bir artım olduğunu, hansı şərtlərlə bağlı sistematik qarayaxma kampaniyası aparıldığını bildirib. Məhkumların yaşadığını, Qəzzada nəzarətə alınan məhbusların psixoloji və fiziki işgəncələrə məruz qaldığını, yavaş-yavaş öldürüldüyünü, müalicə, yemək və dərmandan məhrum etmə kimi cinayətlərin işləndiyini ifadə etdi.
Bəyanatda Haniyə beynəlxalq ictimaiyyətin Fələstin xalqına və məhbuslara qarşı bu hücumları dayandırmaqda aciz olduğunu, ABŞ rəhbərliyinin bu hücumları dəstəklədiyini, insan haqları qurumlarının Qəzza xalqına və məhbuslara lazımi dəstəyi verə bilmədiklərini vurğulayıb.
Haniyə 3 avqustu Qəzza xalqına və İsrail həbsxanalarında olan məhbuslara dəstək üçün milli və beynəlxalq gün elan edərək, bütün İslam, ərəb və dünya ölkələrini həmin gün nümayişlər keçirməyə çağırıb.
Şəhid İsmayıl Haniyə dünya ölkələrini İsrailin soyqırımı törətdiyi Fələstin xalqına dəstək üçün avqustun 3-də nümayişlər keçirməyə çağırmışdı.
Eltac Zülfüqaroğlu/Turkustan.az