Hökumət anti-Qərb və antidemokratik kursundan əl çəkərsə, ABŞ Gürcüstan hökumətinə dəstək proqramlarını bərpa etməyə hazır olacaq.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə deyib.
O, ABŞ-ın dəstək proqramlarının dayandırması qərarını Gürcüstan hakimiyyətinin anti-Qərb kursu ilə əlaqələndirib.
“Birləşmiş Ştatlar bu addımı Gürcüstan hakimiyyətinin son antidemokratik hərəkətləri və həm Aİ, həm də NATO-ya üzvlük meyarlarına uyğun gəlməyən yalan bəyanatlarına görə atıb”, o qeyd edib.
Patel xatırladıb ki, sorğular Gürcüstan əhalisinin mütləq əksəriyyətinin Aİ-yə üzvlük istəyini təsdiqləyir, lakin hakimiyyət öz hərəkətləri ilə ölkəni əks istiqamətə aparır. /bakupost.az/