Bu ölkədə də əhalinin köçürülməsi üçün plan hazırlanır


Polşada müharibə vəziyyətində əhalinin kütləvi şəkildə köçürülməsi planı hazırlanır.

Turkustan.az yerli Polşa mediasına istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Tomaş Semonyak danışıb.

O bildirib ki, Polşa hakimiyyəti müharibə olacağı təqdirdə əhalinin kütləvi təxliyyəsi planları hazırlayır. Hazırlanmış planların yeni qanunun bir hissəsi olacağı gözlənilir. Hazırda respublikada "Mülki müdafiə haqqında" qanun layihəsi hazırlanır.

Xatırladaq ki, Litvada da analoji planlar hazırlanır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ