Haniyə niyə Qətərdə yox, İranda öldürüldü? – İsrail kəşfiyyatı açıqladı


İsrail kəşfiyyat xidmətləri Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanına malik olublar.

Turkustan.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, lakin onlar xüsusi olaraq İrana səfəri zamanı siyasətçiyə sui-qəsd etmək qərarına gəliblər.

“Təhlükəsizlik qüvvələrindəki mənbələr qeyd ediblər ki, Tehranın mərkəzində sui-qəsd seçimi məhz ona görə edilib ki, o anda Haniyənin təhlükəsizliyinə İran cavabdeh olub”, - nəşr bildirib.

“Əgər onlar (İsrailin kəşfiyyat xidmətləri) istəsəydilər, Qətərdə Haniyəni aradan götürə bilərdilər, lakin iki səbəbə görə Tehranı seçdilər: birincisi, HƏMAS liderindən xilas olmaq üçün, ikincisi İranı gələcəklə bağlı bir dilemmanın mərkəzinə qoymaq üçün”, - mənbə əlavə edib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ