Blinken Haniyənin öldürülməsindən sonra İrana mesaj göndərdi – CNN


ABŞ dövlət katibi Entoni Blinken Qətər vasitəsilə İrana mesaj çatdırıb. Vaşinqton Tehranı HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə reaksiya verməməyə çağırır.

Bu barədə Turkustan.az CNN-ə istinadən xəbər verir.

Nəşrin mənbəsi qeyd edib ki, Blinken Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə söhbəti zamanı ona müraciət edib. ABŞ dövlət katibi İrana və Livanın Hizbullah qruplaşmasına mesaj çatdırmağı xahiş edib.

CNN-in məlumatına görə, mesajlar Yaxın Şərqdə eskalasiyanı azaltmaq üçün göndərilib. Blinken Hizbullah lideri Fuad Şükr və HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab verilməməsinə çağırıb.

Qətərin baş nazirinin mesajı çatdırmağa razı olduğu qeyd edilir. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ