ABŞ-da seçki yarışı qızışır: Bayden və Harris arasındakı fərq...


ABŞ-da noyabr seçkiləri öncəsi diqqətəlayiq sorğunun nəticəsi dərc edilib.

Turkustan.az xəbər verir ki, ABŞ-da aparılan sorğuya görə, Respublikaçılar Partiyasının prezident seçkilərində namizədi Donald Trampla onun mümkün rəqibi vitse-prezident Kamala Harris arasında xal fərqi 1,3-ə qədər azalıb.

“The Cook Political Report” adlı sorğu şirkəti ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı son 60 gündə apardığı 15 sorğunun nəticələrini toplayıb.

Müvafiq olaraq, ABŞ prezidenti Co Bayden namizədliyini geri götürməzdən əvvəl onunla Tramp arasında rəqibinin xeyrinə orta hesabla 2,7 ballıq fərq var idi.

Lakin Bayden namizədliyini geri götürdükdən və Harris mümkün namizəd kimi gündəmə gəldikdən sonra demokratların səs nisbəti 44,7 faizdən 46,2 faizə yüksəlib.

Beləliklə, 47,5 faiz səs toplayan Trampla Harris arasındakı xal fərqi 1,3-ə düşüb.

Qadınların əksəriyyəti Harrisə, kişilərin əksəriyyəti Trampa üstünlük verdiyi halda, qaradərili amerikalıların 72,4 faizi Harrisə, 19,3 faizi isə Trampa səs verməyi planlaşdırır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ