İranın İsrailə cavabı necə olacaq? – AÇIQLAMA


Həniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsi böyük səs-küyə səbəb olub. Hizbullah liderinin Mosad tərəfindən İranda öldürməsi İran-İsrail arasındakı gərginliyin daha da alovlanmasına gətirib çıxardıb. İranın dini lideri Xameneyinin İsrailə raket atılması ilə bağlı əmr verdiyi dünya mediasında gündəm olub. Bəs İran bu sui-qəsdən sonra İsrailə necə cavab verəcək?

Mövzu ilə bağlə siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyli gədəbəylilərə təşəkkür etdi

Ə.Əlibəyli bildirib ki, “İranın bütünlüklə bu günə qədər hansısa reaksiyası və verdiyi cavab tədbirləri göz qabağında olubdur. Yenə də növbəti dəfə ola bilər ki, İsrail ərazisində boş zonalara, ölü zonalara zərbə endirməyə çalışsınlar. Yada ki, İsraildən kənarda olan İsrailin müttəfiqlərinə qarşı əməliyyatlar həyata keçirsin. İran özü etməsə də Husilərin əli ilə belə bir prosesi reallaşdırsınlar. Bu kifayət qədər real görünür. Amma belə götürdükdə yadınızdadırsa İsrailə qarşı məhşur raket hoqqabazlığı ortaya çıxmışdı. Təxminən bu ssenariyə bənzər bir şey baş verəcək. Amma onun nəticəsini də biz görməyəcəyik ki, İsrail ağır yara alsın”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ