Rusiya nəzarəti altına altığı Ukrayna ərazilərinin heç birini geri qaytarmaq niyyətində olmadığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
O, həmin ərazilərin Rusiyanın tərkib hissəsi olduğunu deyib:
“Bizim konstitusiyamız Rusiyadan hər hansı torpağın qoparılmasını qadağan edir. Bunu hər kəs eşitməlidir. 4 birləşmiş ərazi ilə bağlı heç bir güzəşt ola bilməz və olmayacaq”.
Matviyenko Rusiyanın maraqları və torpaq reallıqlarının nəzərə alınacağı təqdirdə Ukrayna ilə danışıqlara hazır olduğunu qeyd edib./Globalinfo.az