Alman pilot İsrailə eniş etməkdən imtina etdi


Bildirilib ki, Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarənin pilotu İsrailə uçuş zamanı Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına enməkdən imtina edib.

Turkustan.az xəbər verir ki, "Alman hava yolu şirkəti Lufthansa-ya aid bir təyyarənin pilotu uçuş əsnasında heyətin İsrailə getməyə hazır olmadığını əsas gətirərək Ben-Qurion Beynəlxalq Hava Limanına eniş etməkdən imtina edib".

Kanal 12-nin xəbərində Münhendən havaya qalxan və Ben-Qurion hava limanına enişi planlaşdırılan təyyarənin Cənubi Kipr Rum Administrasiyasının (GCASC) hava limanına eniş etdiyi qeyd edilib. Xəbərdə təyyarənin texniki səbəblərə görə Cənubi Kipr Rum Administrasiyasına eniş edəcəyinin sərnişinlərə bildirildiyi və təyyarənin İsrailə gedib-getməyəcəyinin daha sonra açıqlanacağı bildirilib.

Daha sonra təyyarənin Kipr Rum Administrasiyasının Larnaka şəhərindən Almaniyaya dönəcəyi bildirilib.

Sərnişinlərin istəsələr Larnakada enməsinə icazə verildiyi, lakin onların baqajlarının təyyarədə qalaraq Almaniyaya dönəcəyi qeyd edilib.

KAN-ın xəbərlərində ABŞ-ın hava yolları Delta və United-in bölgədə artan gərginliyə görə Ben-Qurion Hava Limanına uçuşları ikinci bir bildirişə qədər ləğv etdiyi xatırladılıb.

Xəbərdə Lufthansa və Flydubai şirkətlərinin də oxşar qərarı açıqladığı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ