Fransa öz vətəndaşlarına xəbərdarlıq etdi: Livana səyahət etməyin


Yaxın Şərqdə gərginlik addım-addım artdıqca, Fransa öz vətəndaşlarına Livana səfər etməmələri barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Fransa Yaxın Şərqdə gərginliyin artması riski ilə əlaqədar öz vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib. Fransa Xarici İşlər Nazirliyinin internet saytında səyahət xəbərdarlığı bölməsinə Livanla bağlı yeni açıqlama əlavə edilib.

Bəyanatda Fransa vətəndaşlarına Yaxın Şərqdə gərginliyin artması riski və bölgədəki qeyri-sabit təhlükəsizlik mühiti əsas gətirilərək, ciddi səbəblər istisna olmaqla, turist və ailə səfərləri də daxil olmaqla, Livana səyahət etməmələri tövsiyə edilib.

Bəyanatda, hazırda Livanda olan Fransa vətəndaşlarına 'son dərəcə diqqətli olmaq' xəbərdarlığı edilib və Fransanın paytaxt Beyrutdakı Baş Konsulluğunun internet saytına müntəzəm müraciət etmək tövsiyə edilib. İyulun 27-də İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına raket atılması nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.

İsrail ordusu hücuma görə Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlasa da, Hizbullah hücumun onlar tərəfindən həyata keçirildiyi iddialarını təkzib edib.

Baş nazir Benyamin Netanyahu hücumdan sonra "Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək" deyib. İsrail ordusu Livanın cənubunda hava hücumu həyata keçirib və daha sonra Beyrutdakı partlayışların arxasında onun olduğunu açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ