Qalstanyan elan etdi: Paşinyanın komandası o tarixə hazırlaşır


“Ermənistan hökuməti müxalifətin mübarizəsindən qorxmadığını nə qədər desə də, əslində son vəziyyət hakimiyyəti qayğılandırır”.

Turkustan.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, hökuməti ən çox sentyabrda ölkə daxilində baş verə biləcəklər düşündürür:

“Mənbələrimizin məlumatına görə, artıq uzun müddətdir hakim Mülki Müqavilə Partiyasında baş verə biləcək hadisələr müzakirə edilir. Bizdəki məlumata əsasən, arxiyepiskop Baqrat Qalstanyan sentyabrın 10-dan etibarən “qaynar payız”ın olacağını vəd edib. Hakim partiyada “qaynar payız” dedikdə nəyin nəzərdə tutulduğu danışılır. Çünki məhz qeyd edilən tarixdən Ermənistan parlamenti yeni sessiya üçün işinə başlayacaq. İndi hökumət çalışır ki, Qalstanyanın parlamentin işini təkrar pozmasına icazə verməməyə çalışır”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ