Ötən gün İranın paytaxtı Tehranda raket hücumu nəticəsində öldürülən "HƏMAS" lideri İsmayıl Haniyəyə qarşı hücum planının təfərrüatları üzə çıxıb.
İddialara görə, fələstinli liderin qaldığı yer telefonuna yüklənən cəsus proqramı ilə müəyyən edilib. Buna səbəb kimi, Haniyənin "nöqtə hədəf" taktikası ilə öldürülməsi əsas göstərilir.
Qeyd edək ki, bu üsuldan ən çox istifadə edən ölkələr ABŞ və İsraildir. Birləşmiş Ştatlar daha öncə bir sıra "Əl-Qaidə" və "İŞİD" liderini də bu taktika ilə zərərsizləşdirilib. (yenisabah.az)