Moskvadan danışıqlar üçün zəng


Son zamanlar həm Ukrayna, həm də Rusiya tərəfindən müharibənin dayandırılması ilə bağlı müsbət bəyanatlar diqqət çəkir. Nəhayət, Rusiya administrasiyası Ukrayna prezidenti Volodomir Zelenski ilə danışıqlara hazır olduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, "Rusiya ümumilikdə danışıqlar prosesinə açıqdır, lakin ilk növbədə Ukrayna tərəfinin hazır olduğunu başa düşməliyik" dedi. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü Çinə səfəri zamanı deyib ki, Kiyev Moskva "xoş niyyət" nümayiş etdirdiyi zaman danışıqlara hazırdır.

Digər tərəfdən, Ukrayna və Rusiya qarşılıqlı hücumlarını davam etdirir. Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krımın qərbindəki Saki aviabazasının hədəf alındığını açıqlayıb. Rusiya gecə boyu pilotsuz uçuş aparatları ilə Ukraynanın enerji obyektlərinə hücum edib. Hücumlar nəticəsində 68 mindən çox insanın işıqsız qaldığı qeyd edilib. Rusiyanın Çerniqov vilayətində həyata keçirdiyi hücumlarda 15 nəfərin yaralandığı, infrastrukturun zədələndiyi bildirilib.

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 1,5 milyard avrosunu Ukraynaya göndərərək ilk transferi edib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabındakı paylaşımında “Aİ Ukraynanın yanındadır. Bu gün biz Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyimiz 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük. “Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı simvol və ya Kremlin pullarından istifadə yoxdur.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ