Suriyada ABŞ qüvvələrinə raket hücumu edildi


İranın dəstəklədiyi qruplar Suriyada ABŞ qüvvələrinin yerləşdirildiyi bölgəyə raket zərbəsi endirib.

Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərinə raket hücumu həyata keçirib.

Turkustan.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar gecə saatlarında Deyr əz-Zorda ABŞ bazasının yerləşdiyi Koniko Qaz Qurğunu raket hücumu ilə hədəfə alıb. ABŞ bazasının yerləşdiyi bölgədə tüstü artarkən, hücumda hər hansı itki olub-olmadığı məlum deyil.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

İyunun 23-də Homs əyalətindəki Tenef bazasında yerləşən ABŞ qüvvələrinə mənşəyi məlum olmayan silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücuma cəhd edilib.

ABŞ ordusunun Homs, Həsəkə və Deyr əz-Zor əyalətlərindəki bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ