ÜST rəsmi xəbərdarlıq etdi! Avropa üçün terrordan da böyük təhlükə var


Dünyada insanların sağlamlığı üçün ən böyük təhlükə olaraq önə çıxan alkoqolun ölümcül təsiri Ümumdünya Səhiyyə Təşkilatını “təcili” kodla hərəkətə keçməyə sövq edib. Aİ ölkələri üçün həyəcan təbili çalındı.

Turkustan.az xəbər verir ki, İslamın müsəlmanlara haram etdiyi spirtli içkilərin insanlığı pozduğu bir daha sənədləşdirildi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada spirt istehlakı ilə bağlı hesabat dərc edib. Hesabata görə, Avropada ildə təxminən 800 min insanın ölümünə səbəb olan spirt istehlakı ən böyük ölüm səbəblərindən biri kimi göstərilib.

Avropada hər gün 2200 insanın alkoqolla əlaqəli səbəblərdən dünyasını dəyişdiyi vurğulanıb. Müvafiq olaraq, Avropada hər 100 ölümdən 9-u spirtli içki səbəbindən baş verir.

Spirtli içkilərin məişət zorakılığı, bədbəxt hadisələr və psixi sağlamlıq kimi problemlərə ciddi təsirləri olduğu qeyd edilib. Buna baxmayaraq, bir çox insanın spirtli içkilərin zərərlərini bilmədiyi vurğulanıb.

Sağlamlıq risklərinə baxmayaraq, statistika göstərir ki, avropalılar ildə orta hesabla 9,2 litr alkoqol istehlakı ilə dünyada liderlik edirlər.

ÜST-nin son məlumatlarına görə, kişilər qadınlardan təxminən 4 dəfə çox içirlər. Avropada hər 3 böyükdən 2-si spirtli içki qəbul etdiyi halda, hər 10 böyükdən biri spirtli hesab olunur.

Həkimlərin fikrincə, spirtli içkilərdən istifadə ürək-damar xəstəliklərinə, xərçəngə və qaraciyər sirrozuna səbəb olur. Bununla belə, Avropa İttifaqı (Aİ) ölkələrində 10 ildən artıqdır ki, spirt istehlakında azalma müşahidə olunmur.

Əksər Avropa ölkələri ÜST-nin alkoqol vergilərinin artırılması, onun reklamının məhdudlaşdırılması və əlçatanlığın azaldılması kimi tövsiyələrinə əməl etmir.

ÜST 2025-ci ilə qədər Avropada spirt istehlakını məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırır.

Raporda, DSÖ'nün alkol tüketimini azaltma hedeflerine Rusya, Ukrayna ve Türkiye gibi ülkelerin alkolden aldığı vergileri arttırıp, erişilebilirliği azaltması sayesinde ulaştığı tespiti yer alıyor.

Türkiye'de akşam saat 22'den sonra alkol satışı da kanunla yasaklanmış durumda. Ayrıca alkolün ölümcül etkileri şişe ambalajlarında vurgulanıyor.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ