İranda prezident dəyişsə belə Azərbaycanı təhdid olaraq görürlər - Ermənistana silah tədarükü... (ŞƏRH)


İran və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıblar.

Bu barədə “İran İnternational”a mənbə məlumat verib.

İddia edilib ki, Tehran İrəvanı özünün kamikadze PUA-ları ilə təchiz edir.

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Volkovun istefa telebi vezifesini itirmesi ile sonlanacaq" -

Ə. Əlibəyli bildirib ki, “bu günə qədər İranın Ermənistana silah satması ilə bağlı informasiyalar təkzib olunmayıb. Bu həqiqəti uzun illər biz görmüşük.

Təkcə bu olsa belə, İran tərəfindən informasiyanın yalan çıxdığının şahidi olmamışıq. Hindistandan gələn silahların da İranın “Bəndər Abbas” limanına gəlib oradan Ermənistana keçməsi faktı da məlumdur. İndiki vəziyyətdə İran istəyir ki, onun adı hallanmasın, amma Ermənistanı silahlandırmağa davam etsin. Yəni bu sualın cavabı əslində məlumdur. O da məlumdur ki, İran nə qədər təkzib etsə belə anti-azərbaycan ruhunda, mövqeyində qalmaqdadır. Hətta prezident belə dəyişsə Azərbaycanı təhdid olaraq görməyə davam edirlər.”

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ