Afrikadakı böhranda Türkiyə əleyhinə açıqlama: Türk gəmilərini istəmirik


Afrikada Türkiyənin yaxın müttəfiqi Somali ilə Efiopiya arasında böhran davam edərkən, bölgədə Türkiyə Silahlı Qüvvələrinin Somaliyə təyin edilməsi üçün təqdim edilən memoranduma etirazlar gəlib.

Turkustan.az xəbər verir ki, Türkiyənin Afrikadakı müttəfiqi Somalidən birtərəfli qaydada müstəqilliyini elan edən Somaliland Türkiyə donanmasının bölgədə yerləşdirilməsi əleyhinə bəyanat yayıb.

Qırmızı dənizə çıxış əldə etmək üçün Somalidən birtərəfli müstəqilliyini elan edən Efiopiyanın Somaliland ilə imzaladığı anlaşma memorandumu son illərdə artan regional gərginliyi artırıb.

Somaliland prezidenti Musa Bihi Abdi, Efiopiyanın müqavilənin başa çatması ilə onları "müstəqil" kimi tanıyacağını demişdi.

Somali prezidenti Həsən Şeyx Mahmud isə qonşusu Efiopiyanın Somaliland ilə imzaladığı dənizə giriş müqaviləsinin heç bir qüvvəsinin olmadığını ifadə edərək, "Somalidə sizə veriləcək heç bir şey yoxdur" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ