G20 Dövrünün Prezidenti Braziliya dünyada aclığa son qoymaq təşəbbüsü ilə çıxış edəcək.
Turkustan.az xəbər verir ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva, hazırkı prezidenti olduğu Rio-de-Janeyroda keçiriləcək G20 Sammitindən əvvəl dünya aclığına son qoymaq üçün “Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans” adlı təşəbbüslə çıxış edəcəyini açıqlayıb.
Lula da Silva G20 ölkələrinin ən böyük iqtisadiyyatlarının maliyyə və inkişaf nazirlərinin bir araya gəldiyi Rio-de-Janeyroda “Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans”ı təqdim edib.
Lula da Silva buradakı çıxışında, "Aclıq təkcə xarici amillərin deyil, hər şeydən əvvəl siyasi qərarların nəticəsidir. Bu gün dünyada aclığı aradan qaldırmaq üçün kifayət qədər qida istehsal olunur. Qalır ki, çıxış üçün şərait yaradılsın.
Lula da Silvanın təşəbbüsü iştirakçı nazirlər tərəfindən böyük həvəslə qarşılanıb və Dünya Bankının prezidenti Ajay Banqa da öz dəstəyini bildirib.
Braziliyanın rəsmi agentliyi Agencia Brasil-in xəbərinə görə, Maliyyə Naziri Fernando Haddad, ən zənginlərin sərvətinə tətbiq edilən 2 faizlik verginin təşəbbüs üçün illik 250 milyard dollar gəlir təmin edəcəyini söyləyib.
Bu işçi qrupu prioritet məsələ hesab olunur, çünki Latın Amerikasının ən böyük iqtisadiyyatı və dünyanın ən böyük ərzaq ixracatçılarından biri olan Braziliya G20-yə sədrlik edir.
Təşəbbüs dünyada aclıq və yoxsulluğun aradan qaldırılması üçün siyasətlərin həyata keçirilməsi üçün siyasi dəstək, maliyyə resursları və texniki təcrübə təmin etmək məqsədi daşıyır.
Qeyd olunur ki, sözügedən təşəbbüs G20 liderlərinin iştirak edəcəyi 18-19 noyabr tarixlərində keçiriləcək sammitdə rəsmi olaraq təqdim olunacaq. Bildirilir ki, təşəbbüsün maliyyə mənbələrindən biri də dünyanın ən zəngin insanlarının vergiyə cəlb edilməsidir.
Eltac Zülfüqaroğlu/Turkustan.az