Paris Olimpiadası üçün əsas təhlükənin qarşısı alınıb. Fransa polisi Rusiya kəşfiyyatına işlədiyi iddia edilən televiziya aşpazını həbs edib. Şübhəlinin evində onun FSB-də işlədiyini və Olimpiada zamanı Fransanı pozmaq planı hazırladığını göstərən sənədlər tapılıb. Hadisə Olimpiadanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Səlahiyyətlilər ciddi təhlükəsizlik tədbirləri görür.
Turkustan.az xəbər verir ki, Paris Olimpiadası üçün böyük təhlükə son anda dəf edildi. Fransa polisi yaxın günlərdə başlayacaq Olimpiadanı hədəf alan ciddi planın üstünü açıb və Rusiya kəşfiyyatına işlədiyi iddia edilən agenti həbs edib. Xüsusilə açılış mərasimində bu şəxsin irimiqyaslı tədbir planlaşdırdığı iddia edilib.
Tutulan Rusiya vətəndaşı şübhəli Fransada tanınmış televiziya aşpazı kimi tanınıb. 2010-cu ildən Fransada yaşayan şübhəli prestijli restoranlarda işləyirmiş və televiziya proqramlarına çəkilib.
Fransa kəşfiyyatı aylardır şübhəli şəxsi izləyirdi. Keçən may ayında şübhəlinin Rusiyada bir kəşfiyyat əməkdaşı ilə telefon danışığı dinlənilib. Bu görüş zamanı şübhəli “Fransızlar daha əvvəl görmədikləri açılış mərasimi görəcəklər” deyərək təhdid dolu açıqlama verib. Bazar günü onun Parisdəki evinə basqın edilib. Evdən tapılan sənədlər şübhəlinin Rusiya xüsusi xidmət orqanları FSB-də işlədiyini və olimpiada zamanı Fransanı çaşdırmağa yönəlmiş böyük plan hazırladığını göstərirdi.
Bu hadisə Paris Olimpiadasının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Fransa hakimiyyəti Olimpiada üçün görünməmiş təhlükəsizlik tədbirləri görür. 60 mindən çox polis və hərbçi vəzifə yerinə yetirəcək, yüksək texnologiyalı təhlükəsizlik sistemlərindən istifadə olunacaq. Fransanın daxili işlər naziri olimpiadadan əvvəl bir milyondan çox insanın təhlükəsizlik yoxlamasına məruz qaldığını açıqlayıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az