Putin və Əsəd Moskvada görüşdü


Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsədin Moskvada görüşdüyü bildirilib.

Turkustan.az xəbər verir ki, Kremldən verilən açıqlamada Putin və Əsədin dünən axşam Kreml Sarayında görüşdüyü bildirilib.

Görüşün mətbuata açıq hissəsində danışan Putin Əsədlə uzun müddətdir görüşmədiklərini və gündəmdə müzakirə edəcək çoxlu mövzuların olduğunu bildirib.

Suriya da daxil olmaqla bölgədə vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyinə diqqət çəkən Putin, "Ticarət və iqtisadi əlaqələrimizə gəlincə, burada çoxlu məsələlər var. Ümid verici tendensiyalar da var. Ümid edirəm ki, bu məsələni də həll edə bilərik. "

Əsəd həmçinin Rusiya və Suriyanın keçmişdən bu günə qədər çətin günlər keçdiyini ifadə edərək, “Bu gün dünyada və Avrasiya bölgəsində baş verən hadisələri nəzərə alsaq, bugünkü görüşümüz bütün detalların müzakirəsi, danışıqların aparılması baxımından çox əhəmiyyətlidir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ