“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq fəal şəkildə davam edir, lakin tarix hələ müəyyən edilməyib”.
Turkustan.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Aktivdir, lakin tarix hələ məlum deyil”, – Kreml sözçüsü bildirib.
Qeyd edək ki, iyulun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Putinlə görüşdə onu çox yaxın gələcəkdə ölkəsinə səfərə dəvət edib. Buna cavab olaraq Rusiya Federasiyasının rəhbəri Ərdoğanın dəvətini qəbul etdiyini və yaxın gələcəkdə Türkiyəyə səfər edəcəyini bildirib. /konkret.az/