Böyük Britaniya yaxın illərdə İranla müharibə edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniya ordusunun Birləşmiş Qərargahının yeni rəisi Rolli Vaker açıqlama verib.
O bildirib ki, İran, Rusiya, Şimali Koreya və Çin Böyük Britaniyanın təhlükəsizliyini hədələyir. Vakerin sözlərinə görə, Böyük Britaniya növbəti üç il ərzində onlarla müharibəyə hazır olmalıdır.
O, 2027 və 2028-ci illərdə Böyük Britaniyanın həmin dörd ölkənin böyük təhdidi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib:
“Müharibə qaçılmaz olmasa da, Britaniya ordusu dörd ölkə ilə mübarizəyə hazır olmalıdır. Rusiyanın Ukrayna ilə müharibəsindən İranın nüvə silahı əldə etmək niyyətinə qədər bizim üçün təhddidir. Düşməni məğlub etmək üçün ordunun gücünü ikiqat artırmaq lazımdır”. /Cebheinfo.az/