Çinin Rusiyaya silah satmayacağı təsdiqlənib.
Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
“Ukraynalı rəsminin bu səviyyədə səfəri uzun illərdən bəri ilk dəfədir. Bu, yaxşı siqnaldır. Bu, Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnaldır.
Həmçinin Çin lideri Si Szinpin də mənimlə danışığında təsdiqlədi: Çin Rusiyaya silah verməyəcək. Ukraynaya qayıtdıqdan sonra nazirdən ətraflı hesabat gözləyirəm”, - deyə Zelenski vurğulayıb. /axar.az/