Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir
“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”, - Peskov qeyd edib. /modern.az/