Türkiyənin İtaliya bayraqlı gəminin ərazi sularını pozması səbəbindən bölgəyə 5 hərbi gəmi göndərməsindən sonra yunan zabitləri arasında müzakirələr başlayıb.
Turkustan.az xəbər verir ki, Yunanıstanda çıxan “To Vima” qəzetinin xəbərinə görə, yunan zabitləri Türkiyənin “TCG Anadolu” təyyarədaşıyan gəmisinin batırılaraq sualtı parka çevrilməsini müzakirə edirlər.
Təyyarə gəmisi kimi dizayn edilən TCG Anadolu Yunan zabitlərinin hədəfindədir.
Qəzetin yazdığına görə, bu ifadələr TCG Anadolu Girne ətrafında tapıldıqdan sonra istifadə edilib.
“To Vima”nın Yunan ordusundakı mənbələrindən verdiyi məlumata görə, onlar gəminin öz ərazi sularında olduğunu iddia edərək, TCG Anadolu ilə qarşılaşacaqları təqdirdə, döyüş qaydaları işə düşərsə, gəmini batırmağı təklif ediblər.
Xəbərdə Türkiyənin yenidən bölgəyə pilotsuz uçuş aparatları göndərdiyi və uçuş planının təqdim edilmədiyi də iddia edilib. Türkiyənin iki helikopterinin hava hərəkəti qaydalarını pozduğu iddia edilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az