Donald Trampa edilən sui-qəsdi gördüyünü iddia edən britaniyalı ekstrasens Kreyq Hamilton-Parker ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı proqnozunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Britaniyalı ekstrasens Kreyq Hamilton-Parker gələcəyi görə bildiyini iddia edir.
Daha əvvəl COVID-19 pandemiyasını, Britaniya avtomobil yolunda terror hücumunu və Böyük Britaniyanın Avropa İttifaqından çıxacağını (Brexit) proqnozlaşdırdığını deyən Kreyq, noyabrda keçiriləcək ABŞ seçkiləri ilə bağlı proqnozunu açıqlayıb.
“Mən qorxurdum, çünki Tramp sağ qalmasaydı, Birləşmiş Ştatlarda vətəndaş müharibəsi baş verə bilərdi. Mən həmişə Trampın seçkilərdə qalib gələcəyini hiss edirdim, amma indi bu böyük dəyişikliyin baş verəcəyini görürəm”. /sfera.az/