“O, qalib gəlsə, sərhədləri yenidən açacaq və ölkəni məhv edəcək”
ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp vitse-prezident Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni məhv edəcəyini proqnozlaşdırıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Onun fikirlərinə baxın. O, qalib gəlsə, sərhədləri yenidən açacaq və ölkəni məhv edəcək”, - Ağ Evin keçmiş sahibi bildirib.
Bundan əlavə, Tramp növbəti debatı ABC-də deyil, “Fox News”da keçirmək arzusunu ifadə edib.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyinin keçmiş prokuroru Ronald Sievert Harrisi dövlət başçısı postuna “etibarsız namizəd” adlandırmışdı. Onun sözlərinə görə, bu, siyasi tendensiyaları pozur.
“Reuters” və “Ipsos”un sorğusuna əsasən, Harris Trampı qabaqlayır. Onu respondentlərin 44 faizi dəstəkləyib, rəqibi isə 42 faiz. /ayna.az/