İyulun 15-dən Ermənistanda başlayan “Qartal tərəfdaşı 2024” birgə erməni-amerikan təliminin bu gün bağlanış mərasimi olub.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik səmərəli qarşılıqlı fəaliyyətə, təcrübə mübadiləsinə və birgə təlimlərin uğurla keçirilməsinə görə şəxsi heyətə minnətdarlığını bildirib. /axar.az/