“Kamala Harris ABŞ-də prezident seçkilərində qalib gəlsə, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan öz postlarını tərk edəcəklər”.
Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” keçmiş və indiki məmurlara istinadən məlumat yayıb.
Nəşr bildirir ki, hər üç şəxs hazırkı Prezident Co Baydenin “əsas təyinatıdır”, və Harrisin seçilməsi Demokratlar Partiyasının milli təhlükəsizlik komandasında sarsıntıya səbəb olacaq.
Qeyd edilir ki, Harrisin komandasında əsas rolu onun milli təhlükəsizlik üzrə müşaviri Filip Qordon oynayacaq. Barak Obama administrasiyası dövründə Qordon Dövlət Departamentinin Avropa üzrə və daha sonra Ağ Evin Yaxın Şərq üzrə yüksək vəzifəli məmuru olub. /Yeniavaz.com/