Rusiya Dövlət Duması yeni miqrasiya rejiminin tətbiqi ilə bağlı qanun layihəsini son oxunuşda qəbul edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Polisə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan inzibati qaydada çıxarılması barədə qərar qəbul etmək səlahiyyəti verən qanun da qəbul edilib və deportasiya edilmiş şəxslərin reyestrinin yaradılması nəzərdə tutulub.
Yeni qaydalara əsasən, polisin qərarı ilə deportasiya 48 saatdan gec olmayaraq həyata keçiriləcək. /axar.az/