Beynəlxalq gərginliyin artması fonunda Qərb ölkələri üç il ərzində müharibəyə hazırlaşmalıdır.
Turkustan.az xəbər verir ki, bu barədə Britaniya ordusunun Baş Qərargah rəisi, general Roli Uolker deyib.
Onun sözlərinə görə, Britaniya və onun müttəfiqləri üç il ərzində müharibəni dayandırmağa və ya döyüşməyə hazır olmalıdırlar.
Uolker Çinin Tayvan üzərində təhlükəsi və İranın nüvə inkişafını müharibəyə səbəb olacaq əsas amil kimi görür.
Qərargah rəhbəri Rusiya ilə də münaqişəni istisna etməyib. /axar.az/