“Rusiyada ənənəvi dəyərləri aldadan bütün müasir əyləncələri qadağan etmək lazımdır”.
Turkustan.az xəbər verir ki, bu sözləri rusların mühafizəkar filosofu və ideoloqu Aleksandr Duqin bildirib.
“Yalnız mənəvi cəhətdən sağlam əyləncələrə icazə verilməlidir – ilk növbədə, dəyirmi rəqslər və doğma yurdu gəzmək, daha yaxşısı, müqəddəs yerləri ziyarət etmək. Qalan hər şey qadağan edilməlidir”, – Duqin Telegram kanalında yazıb.
Onun sözlərinə görə, sağlam insanlar sağlam istirahət etməlidirlər. Əyləncənin mənfi nümunəsi kimi o, degenerasiyanın zəhərli matrisinə çevrilən KVN-ni göstərib.
“İndi bu zərərli hadisənin məşum təbiəti aydın görünür. Zelenski, Qalkin və başqaları”, – deyə Duqin qeyd edib. /konkret.az/