Dünya indiyə qədər qeydə alınan ən isti günü yaşadı


Aİ-nin Kopernik İqlim Dəyişikliyi Agentliyi 21 iyul bazar gününün dünyada indiyə qədər qeydə alınan ən isti gün olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Agentliyinin ilkin məlumatlarına görə, 21 iyul bazar günü dünyada indiyə qədər qeydə alınan ən isti gün kimi tarixə düşdü.

Bildirilib ki, dünya səthinin orta temperaturu bazar günü Selsi üzrə 17,09 dərəcəyə çataraq rekord qırıb.

Hesabatda isti dalğasının ABŞ, Avropa və Rusiyada təsirli olduğu qeyd edilərək, son rekordun keçən il 17,08 Selsi ilə yeniləndiyi vurğulanıb.

Alimlər bu il həddindən artıq istilərdə El Nino ilə bağlı hava hadisələrinin də rol oynadığını vurğulayırlar.

İqlim dəyişikliyinin təsiri ilə temperaturların hər il artdığına diqqət çəkən Kopernik İqlim Dəyişikliyi Təşkilatı 1940-cı ildən bəri qlobal temperaturları qeyd edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ