İraq rəsmi yazışmalarda PKK üçün "qadağan olunmuş təşkilat" ifadəsini işlətməyi tapşırdı


İraq hökuməti dövlət qurumlarında rəsmi yazışmalarda terror təşkilatı PKK-nın "qadağan olunmuş təşkilat" kimi təyin edilməsi barədə göstəriş verib.

Turkustan.az xəbər verir ki, İraq hökuməti dövlət qurumlarında rəsmi yazışmalarda terror təşkilatı PKK-nın "qadağan olunmuş təşkilat" kimi təyin edilməsi barədə göstəriş verib.

Yerli mətbuatın məlumatına görə, İraq parlamentinə çatan rəsmi məktubda baş nazir Məhəmməd Şia əl-Sudaninin terror təşkilatı PKK ilə bağlı yeni təlimatı yer alıb.

Buna görə baş nazir Sudani rəsmi qurumlarla yazışmalarda terror təşkilatı PKK üçün "qadağan olunmuş təşkilat" ifadəsinin istifadə edilməsini istəyib.

İraq hökuməti daha əvvəl terror təşkilatı PKK-nı “qadağan olunmuş təşkilat” elan etmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ