Prezident Ərdoğanın Rusiyanın paytaxtı Moskvada Suriya prezidenti Əsədlə görüşəcəyi xəbərinə Dəməşq də cavab verib.
Turkustan.az xəbər verir ki, Suriya mənbələri prezident Tayyib Ərdoğanın Rusiyanın paytaxtı Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcəyi xəbərini təkzib edib.
Daily Sabah qəzeti Ərdoğan və Əsədin gələn ay Moskvada görüşə biləcəyini yazmışdı. Xarici İşlər Nazirliyi bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
İranın yarı rəsmi Mehr xəbər agentliyinə danışan Suriya mənbələri də xəbərin doğru olmadığını bildirib.
Bu arada dünən Dəməşqdə Suriya xarici işlər naziri Feysəl Mikdad ilə görüşən İran Xarici İşlər Nazirliyinin müşaviri Əli Əsgər Hacı Türkiyə ilə Suriya arasında normallaşma təşəbbüslərini dəstəklədiklərini bildirib.
İran rəsmisi iki ölkə arasındakı problemlərin diplomatik yollarla həlli üçün səylərini davam etdirəcəklərini bildirib.
Eltac Zülfüqaroğlu/Turkustan.az