Bayden Ukraynaya dəstək səlahiyyətlərini MN və Dövlət Departamentinə verdi


ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək haqqında qanuna əsasən səlahiyyətlərini Maliyyə Nazirliyinə və ABŞ Dövlət Departamentinə verib.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sərəncama əsasən, Bayden "Ukraynalılar üçün iqtisadi rifahın və imkanların bərpası haqqında” qanunun müəyyən hissələrində nəzərdə tutulmuş funksiya və səlahiyyətlərini maliyyə naziri Janet Yellen və dövlət katibi Entoni Blinkenə həvalə edib.

Daha əvvəl ABŞ-da qəbul edilmiş bu qanun, xüsusilə, Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutur. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ