Demokratlar qalib gəlmək şanslarının artdığını düşünürlər


ABŞ-da aparılan son sorğuya görə, demokratların demək olar ki, yarısı Baydenin namizədlikdən geri çəkilməsi ilə seçkidə qalib gəlmək şanslarının artdığını düşünür.

Turkustan.az xəbər verir ki, ABŞ-da CBS News və YouGov araşdırma şirkətləri Demokratlar Partiyasında qeydiyyatdan keçmiş seçicilərdən Baydenin namizədlikdən geri çəkilməsi ilə bağlı fikirlərini soruşub.

Sorğuda iştirak edən demokratların 45 faizi hesab edir ki, Baydenin prezidentlik yarışından geri çəkilməsi ilə Respublikaçı namizəd, keçmiş prezident Donald Trampı məğlub etmək ehtimalı artıb.

Digər tərəfdən, demokratların 28 faizi namizədin kimliyindən asılı olaraq seçkilərin nəticələrinin dəyişəcəyinə inanır.

Sorğuda iştirak edən Demokratik partiya üzvlərinin 83 faizi Baydenin geri çəkilməsini təsdiqləsə də, 17 faizi bunun əksini düşünür.

Demokratların 79 faizi Kamala Harrisin namizədliyini dəstəklədiyi halda, 21 faizi fərqli namizədin olması lazım olduğunu düşünür.

Respondentlərin 82 faizi Baydenin əla və ya yaxşı lider kimi yadda qalacağını düşünür.

Prezident Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb və onun yerinə müavini Kamala Harrisi göstərərək dəstəyini ifadə edib.

İyunun 27-də Trampla canlı yayım debatındakı çıxışından sonra Bayden səhhətinin başqa bir prezidentlik müddətinə uyğun olmadığı səbəbilə partiya daxilindən yarışdan geri çəkilmək üçün təzyiqə məruz qalıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ