ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər.
Turkustan.az xəbər verir ki, bu barədə Bill Klinton "X" səhifəsində yazıb.
"Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden seçki yarışından çəkilib. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. /modern.az/