Kremldən Baydenin geri çəkilməsinə ilk reaksiya


ABŞ-da prezident seçkilərinə hələ 4 ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun bir müddətdir.

Turkustan.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Baydenin namizədliyini geri çəkməsi ilə bağlı deyib.

"Səbirli olmalı və bundan sonra nə olacağını diqqətlə izləməlisiniz. Bizim üçün prioritet öz məqsədlərimizə çatmaqdır", - Peskov bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti bayden prezidentlik yarışından geri çəkildiyini bildirib və vitse-prezident Kamala Harrisin namizədliyini müdafiə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ