Rusiyanın "Rostex" Dövlət Korporasiyası A.Qaqarin adına təyyarə zavodunda Su-35S və Su-57 təyyarələrinin yığılması prosesinin kadrlarını nümayiş etdirib.
Turkustan.az xəbər verir ki, görüntülər "Rostex"in "Telegram" kanalında yayımlanıb.
Qeyd olunur ki, zavod bu illər ərzində 13 min təyyarə yığıb.
Xatırladaq ki, Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcısıdır. Səsdən sürətli təyyarə bütün növ hava, suüstü və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
(oxu.az)