Moskvanın səbri tükənir: Ermənistanın bu addımı Rusiyanı özündən çıxarıb


“Eagle Partner 2024” kod adlı ABŞ-Ermənistan birgə hərbi təlimləri Kremldə ciddi narahatlıq yaradıb. Rusiya bu təlimləri açıq-aşkar ABŞ-ın regiona gəlişi hərbi qüvvəsini Ermənistanda yerləşdirməsi kimi qiymətləndirir. Moskvanın dəfələrlə İrəvana xəbərdarlıq etməsinə baxmayaraq Ermənistan ABŞ-la əməkdaşlıq etməkdən geri durmur. Ekspertlər hesab edir ki, vəziyyət belə davam edərsə Rusiya bütün beynəlxalq normaları pozub Ermənistana müdaxilə edəcək.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin sütunları yerindən laxladı:

“Keçən dörd il ərzində İrəvanla Moskva qırılmış müttəfiqlik iplərini təmir etməyə çalışsa da, bu nəticə vermədi və tərəflərin ritorikası getdikcə dövlətlərarası düşmənçilik səviyyəsinə qədər inkişaf etdi. Rusiyadan üz döndərib Qərbin radiusuna sığınmaq meylini gücləndirən Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaradan predmetə çevrildi. “Eagle Partner 2024” kod adlı ABŞ-Ermənistan birgə hərbi təlimləri Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında təhlükəsizliyə təhdid ritorikası ilə şərh edilib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilk olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot etmək addımları fonunda təlimlərə qiymət verib.
“Eagle Partner” təlimi yeni olmasa da, onun Moskva-İrəvan xəttindəki kəskin qırılmaların artması fonunda baş tutması Kremli bərk qəzəbləndirib. Ermənistan ABŞ-ın regional təmsilçiliyini artırmağa yardım etməklə Moskvadan əvəz çıxdığını düşünür ki, bu da bölgədəki təhlükəsizliyin həssas iplərini tərpədir”.


MANŞET XƏBƏRLƏRİ