Bunun qiyməti Qarabağ idi, indi ödəniş fərqli olacaq – Tevanyan


“ABŞ Paşinyandan növbəti dəfə birtərəfli güzəştə getməsini istəyir, amma bu, sülhə səbəb olmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu Ana Ermənistan Blokunun sədri Andranik Tevanyan deyib.

“Paşinyanın polis dövləti qurmasına göz yumulacaq. ABŞ Ermənistana qarşı demokratik rasizmi sınaqdan keçirir. Vaşinqton Rusiyanı bölgədən uzaqlaşdırmaq istəyir. Bunun qiyməti 2023-cü ilə qədər Qarabağ idi, indi ödəniş Ermənistanın üzərində olmalıdır.

Qarabağdan öncə Makron da Paşinyanı cəsarətli adlandırırdı. Mişel Nikolun addımlarının erməniləri qoruyacağını deyirdi. İndi amerikalılar tələblərin azaldılmasını istəyirlər, əvəzində isə sülh vəd edirlər”, – o bildirib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ