Qarabağ məsələsini bu cür həll etməli idik – Qalstyan


Ermənistan Qarabağ məsələsini Qərbdə yox, Rusiya ilə birgə üçtərəfli formatda qaldırmalı idi.

Turkustan.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçı rejimin deputatı David Qalstyan deyib.

“Erməni tərəfi hər vasitə ilə üçtərəfli formatdan qaçır, bunun yerinə hər şeydə günahkar tapmağa çalışır. Baş verənlərin növbəti günahkarı kimi Rusiya sülhməramlı kontingenti “təyin edildi”. Sonra zamanlar isə etiraz aksiyalarında iştirak edən qarabağlılar günahkar çıxarılır”, – o bildirib.

Qalstyana görə, Ermənistanın addımları sayəsində Qarabağdakı ermənilər Ermənistana köçüblər. O, İrəvanın hazırda qarabağlıların səsini eşitmədiyini deyib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ