Qəssam Briqadaları: Qəzzada 3 İsrail tankı məhv edilib


Qəssam Briqadaları Qəzza zolağının Rəfah şəhərində pusquda İsrail ordusuna aid 3 tankın məhv edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Qəssam Briqadaları bildirib ki, onların üsyançıları Rəfah şəhərinin şərqində Əbu Zər əl-Qifari məscidi yaxınlığında hərbi maşın karvanını pusquya salmağa nail olublar.

Açıqlamaya görə, İsrail ordusuna aid 3 Merkava tankı Yasin-105 raketləri ilə hədəfə alınıb.

İsrail əsgərləri ilə Qəssam Briqadaları arasında qarşıdurmalar davam edir.

İsrail ordusunun Əl-Məvasiyə qanlı hücumundan qısa müddət sonra Qəssam Briqadalarının 3 Merkava tankını vurduğu qeyd edilib.

Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağının Xan Yunus şəhərinin qərbində yerləşən Əl-Məvasi bölgəsinə döyüş təyyarələri ilə həyata keçirdiyi hücumda 71 nəfərin öldüyünü, 289 nəfərin yaralandığını açıqlayıb. daha əvvəl "təhlükəsiz" olduğunu iddia etmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ