Qərb Ermənistanda görün nə planlaşdırır: Gürcüstana baxsınlar... - Rusiya hədələdi


Qərb Ermənistanı öz müttəfiqlərindən uzaqlaşdırmağa çalışır, baxmayaraq ki, digər ölkələrin nümunəsi bunun nəyə gətirib çıxardığını göstərir.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev "RİA Novosti"yə müsahibəsində deyib.

O, Gürcüstanı Ermənistana nümunə çəkib:“ Təbii ki, bütün həmkarlar bundan aydın şəkildə xəbərdardırlar. Biz eynilə Cənubi Qafqazda, Gürcüstanda olan digər vəziyyətlərin timsalında bütün bunların nəyə gətirib çıxardığını görürük ”.

Vasilyev vurğulayıb ki, “xarici oyunçular” və İrəvan rəhbərliyinin təkcə Ermənistanın daxilində deyil, həm də onun hüdudlarından kənarda vəziyyəti gərginləşdirə bilən hərəkətləri “narahatlığa və qorxuya səbəb ola bilməz”. (publika.az)


MANŞET XƏBƏRLƏRİ