May ayından bu yana İsraildə Qərbi Nil virusundan 31 nəfərin öldüyü, virusa bağlı ölümlərin isə son iki gündə 70 faizdən çox artdığı bildirilib.
Turkustan.az xəbər verir ki, İsrailin Yedioth Ahronoth qəzetinin xəbərində Səhiyyə Nazirliyinin son iki gündə Qərbi Nil virusundan ölənlərin sayının yüzdə 70-dən çox artdığını bildirdiyi bildirilib.
Xəbərdə may ayından bu yana virusa görə 31 nəfərin öldüyü və son məlumata görə, xüsusilə Tel-Əviv bölgəsi və Qüdsdə “qeyri-adi halların müşahidə olunmaqda davam etdiyi” bildirilib.
Xəbərdə mütəxəssislərin yoluxma sayının artması ilə bağlı dəqiq izahat verə bilmədiklərinə diqqət çəkərək, bunun “yay mövsümünün əvvəlində havaların normaldan daha isti keçməsi ilə bağlı ola biləcəyi” şərhini veriblər.
Məlumdur ki, ağcaqanadlar tərəfindən yayılan Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində görülən və ölümlə nəticələnə bilən bir xəstəlikdir.
Eltac Zülfüqaroğlu/Turkustan.az