Ermənilər Xankəndidəki qəbirləri İrəvana aparmaq istəyir - VİDEO


Qarabağdakı müharibədə həlak olanların yaxınları Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirib

Turkustan.az xəbər verir ki, 2023-cü ilin sentyabrında Qarabağda hərbi əməliyyatlar zamanı həlak olanların yaxınları iyulun 11-də Ermənistan hökumətinin binasının qarşısına toplaşıb. Onlar Xankəndidə dəfn edilmiş qohumların ekskumasiyasını və meyitlərin Ermənistana aparılmasını tələb edirlər.

“Oğlum Artur Arzumanyan 2023-cü il sentyabrın 19-da vəfat edib. Xahiş edirik, tələb edirik ki, uşaqlarımız Ermənistana aparılsınlar ki, heç olmasa məzarlarının üstünə gül qoysunlar. Ermənistan hökumətlərinə, Qırmızı Xaç Cəmiyyətinə müraciət etsək də, nəticəsi olmadı. Bu, mənim son ümidimdir, burada dövlət yoxdur”, - deyə Borik Arzumanyan bildirib.

Başqa bir qadın qeyd edib ki, onlar bir neçə dəfə keçmiş separatçı rejimin təmsilçiləri ilə əlaqə saxlayıblar:

“Onlar bizi əmin ediblər ki, Azərbaycan tərəfi ilə cəsədlərin ekskumasiyası və daşınması barədə razılığa gəliblər, amma sonda hər şey ləğv edilib”.

/cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ