“Avropa bürokratları heç vaxt dünyaya sülh gətirməyəcək” - Orbanın Bakı səfəri zamanı MÜSAHİBƏSİ


“Avropa bürokratları heç vaxt dünyaya sülh gətirməyəcək. Bunun üçün məmurun yox, dövlət xadiminin-siyasətçinin siyasi iradəsi lazımdır”.

Turkustan.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Moskvadan Bakıya uçan təyyarədə İsveçrənin “Die Weltwoche” qəzetinin müxbirinə müsahibəsində deyib.

Orbanın sözlərinə görə, bu istiqamətdə son mükəmməl nümunə kimi 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibəni dayandırmaq üçün əlindən gələni edən Nikola Sarkozinin adını çəkmək olar.

Macar nazir həmçinin bazar ertəsi edəcəyi səfərilə sülh istiqamətində yeni addımların atılacağının da anonsunu verib. Lakin Orban səfərin məkanını açıqlamayıb. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ